Tyaqo Silva yenidən "Fluminense"yə qayıdıb.
Offsideplus.az xəbər verir ki, 41 yaşlı müdafiəçi komandaya azad agent kimi qoşulub. Tərəflər arasında imzalanan müqavilənin müddəti 2026-cı ilin dekabr ayının sonuna qədər nəzərdə tutulub.
Silva bununla da karyerasında üçüncü dəfə doğma klubuna qayıdıb. Onun "Fluminense"nin heyətində bütün turnirlərdə 212 oyun və 19 qolu var.
Qeyd edək ki, Tyaqo karyerası ərzində "Çelsi", PSJ, "Milan" kimi komandalarda oynayıb. O, Braziliya millisinin heyətində isə 113 matça çıxıb.


