Məktəblilərin Respublika İdman Olimpiadasında 7 çəkidə yarımfinalçılar bəlli olub

Offsideplus.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasında boks yarışları davam edir.

Mübarizənin üçüncü günündə 1/4 final görüşlərinə start verilib. 28 döyüşün yekununa əsasən, 7 çəkidə yarımfinalçıların adlarına aydınlıq gəlib. Qələbə qazanan boksçular özləri üçün azı bürünc medalı təmin ediblər. 1/4 final mərhələsi çərçivəsində 6 çəkidə 24 döyüş isə sabah keçiriləcək. 

Qeyd edək ki, Bakı Boks Mərkəzində təşkil olunan Məktəblilərin Respublika İdman Olimpiadasının boks yarışlarına 32 komandanın 168 idmançısı qatılıb. Onlar 13 çəkidə mükafatçıları müəyyənləşdirəcəklər. Yarımfinal görüşləri iyunun 25-də, finallar ertəsi gün baş tutacaq.