ABŞ, Kanada və Meksikanın ev sahibliyi ilə davam edən 2026-cı il FIFA Dünya Çempionatı futbol tarixinə keçəcək inanılmaz bir uğura imza atıb.

Offsideplus.az xəbər verir ki, turnirin qrup mərhələsində keçirilən cəmi 45 qarşılaşmada qapılara 137 qol vurulub.

Bu göstərici, Dünya Çempionatları tarixində bir turnirin qrup mərhələsində qeydə alınan ƏN YÜKSƏK qol sayı olaraq tarixə düşüb.

Yeni qaydaların tətbiqi, topun oyunda qalma müddətinin artması və komandaların hücummeyilli futbolu turnirdəki məhsuldarlığı pik həddə çatdırıb. Hələ qrup mərhələsinin bütün oyunları tamamlanmamış qeydə alınan bu rəqəm, matç başına orta hesabla 3,04 qol deməkdir.

Futbolsevərlərə əsl qol şousu bəxş edən 2026 Dünya Çempionatı, indidən tarixin ən baxımlı və ən məhsuldar turnirlərindən biri olmağı bacarıb.