İtaliya futbolunun və "Milan" klubunun əfsanəvi kapitanı Paolo Maldini uzun müddətdən sonra yenidən futbola və böyük layihələrə qayıtmağa hazırlaşır.
Offsideplus.az xəbər veir ki, İtaliyanın nüfuzlu "La Gazzetta dello Sport" qəzetinin yaydığı son məlumata görə, əfsanəvi müdafiəçi İtaliya milli komandasının yeni texniki direktoru vəzifəsinə gətirilir.
İtaliya Futbol Federasiyası (FIGC) ilə Maldini arasında aparılan danışıqlar artıq yekunlaşıb və tərəflər arasında müqavilə demək olar ki, tam olaraq həll edilib.
Maldininin millidəki rolu sadəcə inzibati xarakter daşımayacaq, o, komandada ən yüksək qərarverici şəxsə çevriləcək:
-
Geniş və tam səlahiyyət: Əfsanəvi idman adamına milli komanda daxilində tam hərəkət və idarəetmə azadlığı veriləcək.
-
Yeni baş məşqçi qərarı: Maldininin bu vəzifədəki ilk və ən mühüm missiyası İtaliya millisinin ("Azzurri") yeni baş məşqçisini təyin etmək olacaq. Federasiya yeni rəhbəri kimin əvəzləyəcəyi barədə yekun qərar vermək səlahiyyətini tamamilə Paolo Maldiniyə həvalə edib.
"Milan" klubundakı idman direktoru vəzifəsindən ayrıldıqdan sonra bir müddət futboldan uzaq qalan Maldininin İtaliya futbolunu yenidən zirvəyə daşımaq üçün federasiyada belə bir kritik rola gəlməsi ölkədə böyük coşqu və ümidlə qarşılanıb. Rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.


