"Qarabağ”da növbəti ayrılığın yaşanması dəqiqləşib.

Offsideplus.az xəbər verir ki, Leandro Andrade komandadan ayrılacaq. Avropanın elita liqalarından biri ilə anlaşdığı deyilən Kabo Verdelinin düşərgədən nə vaxt ayrılacağı da məlumdur. O, bu həftənin sonun qədər komandadan rəsmən “kəhər atlar”ın futbolçusu olmayacaq.

“Qarabağ” azarkeşlərinin rəğbət bəslədiyi Leandro bütün turnirlər daxil olmaqla 213 oyuna çıxıb, 60 qol vurub və 61 asistlə yadda qalıb.