Azərbaycan 16 yaşadək qızlardan ibarət milli komandası UEFA İnkişaf Turnirində son oyuna çıxıb.
Offsideplus.az xəbər verir ki, Bakıda təşkil olunan turnirdə qızlar Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Binə stadionunda baş tutuan görüş rəqib komandanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
U-16-nın heyətində qolları Xədicə Rəhimova və Suel Polikarpova vurublar.
Qeyd edək ki, Azərbaycan yığması əvvəlki qarşılaşmalarda Litva (1:4) və Rumıniyaya (1:7) məğlub olub..


