Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin (U-17) qitə birinciliyi davam edir.
Offsideplus.az xəbər verir ki, turnirin üçüncü günündə qadın güləşçilər döşək üzərinə çıxıblar.
Milli komandamızın üzvü Xədicə Qurbanzadə (49 kq) yarışa möhtəşəm start verib. O, ardıcıl olaraq Polşa təmsilçisi Zuzanna Ptak və finlandiyalı Kerttu Helmi Uşanoffu eyni hesabla – 10:0 məğlub edərək rəqiblərinə xal verməyib.
Yarımfinalda Almaniya adından güləşən həmyerlimiz Mədinə Bayramova ilə üz-üzə gələn Xədicə 4:1 hesablı qələbə qazanaraq adını finala yazdırıb. Güləşçimiz sabah çempionluq uğrunda ukraynalı Olena Kolubay ilə qarşılaşacaq.
Yarışda qüvvəsini sınayan digər təmsilçilərimizdən Məryəm Əmrəli (57 kq) ilk mərhələdə italiyalı rəqibinə (2:8), Nuray Həsənli (65 kq) isə 1/8 finalda Türkiyə idmançısına (0:11) uduzaraq mübarizəni dayandırıblar.


