“Azərbaycan Kubokunun finalı ilə bağlı əsas məqamlar artıq bəllidir və futbol ictimaiyyətində böyük maraq doğurur”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib. Mütəxəssis bu gün baş tutacaq Azərbaycan Kubokunun final qarşılaşması ilə bağlı fikirlərini bölüşüb:
“Peşəkar Futbol Liqası final oyununu mövsümün tam bitməsindən əvvələ çempionatın sonuna iki tur qalmış salıb. Bu qərar futbolçuların finala daha yaxşı formada çıxması və milli komandanın oyunları öncəsi daha çox istirahət etməsi məqsədi daşıyır."Sabah" artıq Premyer Liqanın qalibi kimi çempionluğunu rəsmiləşdirib. Finalda qalib gəlsə, klub tarixində ilk dəfə "qızıl dubl" etmiş olacaq."Zirə" Rəşad Sadıqovun rəhbərliyi ilə tarixində 3-cü dəfə finala çıxıb.Komanda bu dəfə ilk kubok sevincini yaşamaq üçün meydana çıxır."Sabah" yarımfinalda "Qarabağ"ı,"Zirə" isə "Turan Tovuz"u mübarizədən kənarlaşdıraraq güclü mübarizə əzmi göstəriblər. Cari mövsümdə komandaların öz aralarındakı son qarşılaşması 2:2 hesabı ilə başa çatıb ki, bu da finalın olduqca gərgin keçəcəyindən xəbər verir.
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas komandasının favorit olduğunu, lakin finalda hər bir xırda detalın qalibi müəyyənləşdirəcəyini qeyd edib. Rəşad Sadıqovun aprel ayındakı sıx qrafikin komandanı yorduğunu və zədələrin oyun keyfiyyətinə təsir etdiyini gizlətməyib. Əgər "Sabah" cari mövsümdəki formasını qorusa, klub tarixində ilk dəfə "qızıl dubl" edəcək. “Zirə"nin final təcrübəsi və Rəşad Sadıqovun taktiki hazırlığı komandaya tarixindəki ilk titulu qazandıra bilər və Azərbaycanı UEFA Avropa Liqasında təmsil etmək hüququ verəcək.Hər iki komandanın bu mövsümkü performansına əsasən deyə bilərik ki, bizi çox gərgin və bəlkə də əlavə vaxta və ya penaltilərə qədər uzanan bir mübarizə gözləyir”.
Qeyd edək ki, “Neftçi Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


