Azərbaycan yığmasının üzvü Cəlal Hüseynov Bolqarıstanda növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, onun çıxış etdiyi "Arda" səfərdə "Botev"lə (Plovdiv) qarşılaşıb.

Görüş "Arda"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Komandasının hər iki qoluna C. Hüseynov imza atıb.

23 yaşlı müdafiəçi cari mövsüm ilk qollarını vurub.

"Arda" hazırda Konfrans Liqasına getmək uğrunda "4-lü" qrupda mübarizə aparır. Onlar 48 xalla qrupun üçüncüsüdür.

Qeyd edək ki, yalnız qrupun qalibi Konfrans Liqasına vəsiqə qazanacaq.

Cəlalın dubl etdiyi qarşılaşmanın görüntülərini sizə təqdim edirik: