"Arsenal"ın son qələbəsi ilə liderliyini möhkəmləndirməsi "Mançester Siti" üzərində əlavə təzyiq yaratmayıb.
Offsideplus.az xəbər verir ki, Pep Qvardiola bildirib ki, komandası yalnız öz oyununa və nəzarət edə biləcəyi məqamlara fokuslanıb.
Bu axşam "Kristal Pelas"la qarşılaşacaq "şəhərlilər"in çempionluq mübarizəsini davam etdirmək üçün mütləq qələbəyə ehtiyacı var.
Rəqibin son oyunlarda qələbə qazanmamasına baxmayaraq, Qvardiola bu matçın çətin keçəcəyini vurğulayıb.
Hazırda bir oyun az keçirən "şəhərlilər" lider "Arsenal"dan iki xal geri qalır.


