"Araz-Naxçıvan"ın legioneri Felipe Santos ölkəsinin milli komandasına çağırılıb.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı futbolçu Benin yığmasının mayın 25-dən iyunun 9-dək Benin və Mərakeşdə keçiriləcək təlim-məşq toplanışı üçün müəyyənləşən heyətinə daxil edilib.

Santosun yığmanın düşərgəsinə iyunun 1-də qoşulacaq.

Qeyd edək ki, o, bu ildən etibarən Benin yığmasında çıxış etməyə başlayıb.