Viktor Vembanyamanın möhtəşəm oyunu sayəsində "San Antonio Spörs" "Minnesota Timbervulvz" üzərində 126-97 hesablı darmadağınla qələbə qazanaraq seriyada 3-2 önə keçib.

Offsideplus.az xəbər verir ki, fransız ulduz əvvəlki oyunda rəqibini vurduğu üçün aldığı qovulmadan sonra cəza almayaraq yenidən heyətə qayıdıb.

2.24 metr boyu olan mərkəz oyunçusu bu fürsətdən maksimum yararlanaraq görüşü 27 xal, 17 ribaund, 5 məhsuldar ötürmə və 3 blok-şotla tamamlayıb.

İndi "Spörs"ün Qərb Konfransının finalına yüksəlməsi üçün cəmi bir qələbə lazımdır. Seriyanın altıncı oyunu cümə günü Minneapolislə keçiriləcək.