“Düşünürəm ki, mövsüm yaxşı keçdi”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycan millisinin və "Turan Tovuz"un futbolçusu Ayxan Hüseynov deyib.
26 yaşlı futbolçu mövsümün komandası üçün uğurlu keçdiyini bildirib: “Bəli, çətin anlar oldu, amma biz bunların öhdəsindən gələ bildik. Özümə gəldikdə isə, düşünürəm ki, mövsüm olduqca yaxşı keçdi, amma hələ iki oyun qalıb və bundan sonra da yaxşı oyun göstərməyə çalışacağıq. Hələ ki, Avropa kubokları haqqında danışmaq üçün tezdir”.
Son günlər adı Almaniyanın “Darmştadt” klubu ilə hallanan Hüseynov sözügedən mövzuda danışmaq istəmədiyini deyib.
Qeyd edək ki, Misli Premyer Liqasının 31-ci turunda “Karvan-Yevlax” üzərində minimal hesablı qələbə qazanan Tovuz təmsilçisi avrokuboklarda iştirakını dəqiqləşdirib. Yeganə qolu 45+1-ci dəqiqədə Ayxan Hüseynov vurub.


