"Kişi millisinin 2026-cı ilin yay təlim-məşq toplanışı üçün ciddi planları var".

Offsideplus.az xəbər verir ki, bunu Rusiya Basketbol Federasiyasının prezidenti Andrey Kirilenko deyib.

O, Türkiyə yığması ilə qarşılaşmaq istədiklərini bildirib:

"Bizim üçün digər ölkələrlə yayda keçiriləcək oyunlar çox vacibdir. Xüsusilə ümid edirəm ki, Türkiyə yığmasına qarşı oynaya biləcəyik. Yerli basketbol federasiyasının rəhbəri Hidayət Türkoğlu ilə gələcək əməkdaşlığı artıq müzakirə etmişik. Türkiyə millisi həm reytinq, həm də heyət baxımından hazırda qarşılaşa biləcəyimiz ən güclü rəqibdir. Macarıstanla artıq qadın komandaları səviyyəsində oynamışıq və güclü rəqabət görmüşük. İndi eyni addımı kişilərdən ibarət komandalarla da atmağa çalışacağıq. Sloveniya ənənəvi olaraq güclüdür və bir sıra yoldaşlıq görüşlərinə hazırdır. Artıq gənclər komandalarının oyunu ilə bağlı razılıqlar əldə olunub.

Bizimlə qarşılıqlı maraqlar çərçivəsində danışıqlar aparan federasiyalara xüsusi təşəkkürümü bildirmək istərdim. Bu, basketbolun inkişafı istiqamətində işlərin dayanmadığını göstərir. Əminəm ki, millimizin üzvləri bu oyunlara maksimum məsuliyyətlə yanaşacaq və idman "aclığını" nümayiş etdirəcəklər, hər halda uzun müddətdir matçlarımız olmayıb".