Çərşənbə axşamı "Midlsbro"ya 2-1 hesabı ilə qalib gələn "Sauthempton", 23 mayda Uembli stadionunda keçiriləcək Çempionşip pley-off finalında "Hall Siti"nin rəqibi olub.

Offsideplus.az xəbər verir ki, gərgin keçən qarşılaşmada "Midlsbro" Rayli Maqrinin qolu ilə hesabı açsa da, "müqəddəslər" təzyiqi artıraraq fasilə öncəsi bərabərliyi təmin ediblər. Ross Stüartın vurduğu qol oyunu əlavə vaxta daşıyıb və yekunda "Sauthempton" qələbə topunu vuraraq finala yüksəlib.

Qeyd edək ki, "Sauthempton"un final yolu casusluq qalmaqalı ("Spygate") ilə kölgələnib. Klub rəqib komandanın məşqini gizlicə izləməkdə ittiham olunur və rəsmi araşdırmalar hələ də davam edir.