Gəncədə AFFA, Elm və Təhsil Nazirliyi və UEFA-nın dəstəyi ilə "Məktəblərdə Futbol Dərsi" layihəsi çərçivəsində minifutbol turniri keçirilib.

Offsideplus.az xəbər verir ki, layihənin əsas məqsədi məktəblilər arasında futbolun kütləviliyini artırmaq və sağlam həyat tərzini təşviq etməkdir.

Turnirin finalında 21 saylı tam orta məktəbin komandası Xarici Dillər Təmayüllü Gimnaziyanı məğlub edərək çempion olub. Qalib və mükafatçılara kubok, medallar və xüsusi hədiyyələr təqdim edilib.

AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov bu cür turnirlərin uşaqların idmana cəlb olunması və sosial bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.