"Sabah" FK beynəlxalq "Scorpio Group" ilə sponsorluq müqaviləsi imzalayıb.

Offsideplus.az xəbər verir ki, əldə olunan razılaşmaya əsasən, Monako şirkəti olan "Scorpio Group" paytaxt klubunun texniki sponsoru olacaq.

Qeyd edək ki, baş ofisi Monakoda yerləşən "Scorpio Group" dəniz nəqliyyatı və gəmiçilik sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.