FIFA-nın "Football For Schools" proqramı çərçivəsində hazırlanan mobil tətbiq artıq Azərbaycan dilində istifadəyə verilib.
Offsideplus.az xəbər verir ki, platforma uşaqlara futbol texnikasını öyrətməklə yanaşı, komanda işi, intizam və ünsiyyət kimi həyat bacarıqlarını inkişaf etdirən məşğələləri də əhatə edir.
Tətbiqin dilimizə uyğunlaşdırılması AFFA-nın müraciəti əsasında FIFA tərəfindən qısa zamanda təmin olunub. Platformada müxtəlif yaş qrupları üçün dərslər, təlim videoları və offlayn rejimdə istifadə imkanı yer alır. Tətbiq ümumilikdə 39 dildə fəaliyyət göstərir.
Mobil tətbiqin endirmə linkləri:
IOS əməliyyat sistemli mobil cihazlar üçün:
Android əməliyyat sistemli mobil cihazlar üçün:
Ümumi məlumat üçün linkə keçid edə bilərsiniz: "FIFA Football For Schools"


