"Qarabağ"dan ABŞ-nin "Kolambus Kryu" klubuna transfer olunan Nəriman Axundzadənin okeanın o tayında qazandığı məvacibi məlum olub.
Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin üzvü yeni klubunda illik 550 min dollar xalis (net) maaş alır. Vergilər də daxil olmaqla, klubun gənc oyunçu üçün xərclədiyi məbləğ 633 min dolları ötür.
Maraqlıdır ki, Nərimanın çıxış etdiyi MLS-də maaş cədvəlinə Lionel Messi başçılıq edir.
Argentinalı ulduz ilinə 28 milyon dollar qazanır.
Əlavə edək ki, 22 yaşlı futbolçu "Kolumbus Kryu" ilə 3 il yarımlıq müqavilə imzalayıb.


