AFFA-nın inzibati binasında Azərbaycan milli komandaları, Misli Premyer Liqası və I Liqa klublarında çalışan tibbi heyət üçün xüsusi təlim təşkil olunub.
Offsideplus.az xəbər verir ki, UEFA-nın dəstəyi ilə keçirilən "Futbolda zədələr və onların müalicə metodları" adlı seminara yığmanın baş həkimi Vyaçeslav Xomenko rəhbərlik edib.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Tədbirdə Olcay Bayramov (U-21), Fuad Səfərov (futzal millisi) və Lalə İbrahimova (qadın millisi) çıxış edərək, beynəlxalq standartlara uyğun müalicə üsulları barədə həmkarlarını məlumatlandırıblar.
Seminarın əsas hədəfi klub həkimlərinin peşəkarlığını artırmaq və zədələrin bərpa prosesini UEFA tələblərinə uyğunlaşdırmaqdır.


