Futbol üzrə Azərbaycan Kubokunun finalında "Sabah" "Zirə"ni 2:1 hesabı ilə məğlub edərək, kuboka yiyələnib. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas matçı şərh edib: 

"Futbolıçularımı təbrik edirəm. Təkcə bu oyuna görə yox, mövsüm ərzində etdiklərimizə görə onlara minnətdaram. Onlar həqiqətən də qəhrəmandırlar. Mükəmmələ yaxın bir mövsüm keçirdik. İki titula yiyələndik. 33 oyun məğlubiyyətsizlik seriyamız vardı, dominantlıq nümayiş etdirdik. Bunlar futbolçularımın əməyidir. Onlar məşqlərə gəlir, meydanda cari mövsüm mübarizə göstərdilər. Öz heyətimə də təşəkkür edirəm. Köməkçi məşqçilərim, həkimlərə, meydançaya qulluq edənlərə, xadiməçilərə, fizioterapevtlərimizə minnətdarlığımı çatdırıram. Xüsusilə klub rəhbərliyinə təşəkkür edirəm. Onların dəstəyini hər zaman hiss etdik. Bu gün möhtəşəm atmosfer vardı. İlk dəqiqədən sona qədər zövq aldım. "Zirə"ni də təbrik edirəm, baş məşqçi işi görünən, güclü komandadırlar. Onlara qarşı oynamaq xoş oldu. Lakin bir qalib tərəf olmalı idi. Bu da biz olduq". 

"Azarkeşlərimiz üçün yaxşı oynamağa çalışırıq. Azarkeşlərimizin oyunumuzdan həzz almasını istəyirik. Hər iki qol çox önəmlidir. Biri olmasa idi, qalibiyyətə yaxın olmayacaqdıq. Bunun arxasında isə komanda işi var. Mikels mövsüm boyu möhtəşəm oyun sərgilədi, o olmayanda Kahim Parris vardı, Xəyal çox yaxşı oyunlar keçirdi. Əlbəttə ki, müqayisə etmək istəməzdim. çünki bunların hər biri bizim üçün əziz olub. Onlara yaxşı münasibət bəsləmişəm. Hamı çempion olmaq istəyir, lakin "Hayduk" ilə qazandığım mənim üçün möhtəşəm idi. Azərbaycanda buna nail olmaq da xüsusidir. Bizi bu mövsüm ərzində bizi dəstəkləyənlərə təşəkkür edirəm".