İqa Şvyontek Roma Masters turnirində yarımfinala yüksəlib

Offsideplus.az xəbər verir ki, dünyanın 3 nömrəli qadın tennisçisi olan polşalı İtaliya açıq çempionatında (Italian Open) Cessika Pequlanı 6:1, 6:2 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Romada üçqat çempion olan polşalı idmançı rəqibi üzərində qələbəni cəmi bir saat ərzində təmin edib.

Şvyontek final yolunda Yelena Rıbakina – Elina Svitolina cütünün qalibi ilə qarşılaşacaq.