Azərbaycan cüdoçusu Uşanqi Kokauri Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" turnirini gümüş medalla başa vurub.
Offsideplus.az xəbər verir ki, +100 kq çəki dərəcəsində yarışan idmançımız finala gedən yolda yerli cüdoçu Jantilek Nurtilepulu, almaniyalı Erik Abramov və fransalı Timan Diabi üzərində inamlı qələbələr qazanıb.
Həlledici qarşılaşmada rusiyalı İnal Tasoyevə məğlub olan Kokauri fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Qeyd edək ki, cüdoçumuz cəmi bir həftə əvvəl Düşənbədə baş tutan analoji turnirdə bürünc medala sahib çıxmışdı.


