"Qalatasaray"ın ulduzu hücuma məruz qalıb.
Offsideplus.az xəbər verir ki, klubun yarımmüdafiəçisi Lukas Torreyra İstanbulun Beyoğlu səmtində yumruqlu hücuma uğrayıb.
Futbolçunun sol qaşı ilə gözü arasında qızartı aşkar edilib.
Hadisə yerindən taksi ilə qaçmağa çalışan şübhəli Y.Y. polis tərəfindən saxlanılıb. Saxlanılan şəxsin əvvəllər "qəsdən xəsarət yetirmə" maddəsi ilə cinayət qeydiyyatının olduğu müəyyən edilib.
Klub tərəfindən futbolçunun vəziyyəti ilə bağlı hələlik rəsmi geniş açıqlama verilməyib.



