"Çelsi"nin argentinalı yarımmüdafiəçisi Enzo Fernandes bu yay London klubunu tərk etmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, 25 yaşlı futbolçunun agenti Xavyer Pastorenin verdiyi açıqlamalara görə, hazırda Dünya Çempionatında çıxış edən Fernandes karyerasını başqa klubda davam ettirmək variantlarını nəzərdən keçirir. Oyunçunun özü üçün əsas üstünlük verdiyi komanda isə İspaniya nəhəngi "Real Madrid"dir.
Buna baxmayaraq, "Real Madrid" rəsmi bəyanat yayaraq futbolçu ilə maraqlanmadıqlarını bildirib. Madrid təmsilçisi nə birbaşa, nə də dolayısı ilə Enzo Fernandesin transferi üçün hər hansı bir cəhd göstərmədiyini və belə bir niyyətinin olmadığını qəti şəkildə vurğulayıb.
Digər tərəfdən, İngiltərənin "Mançester Siti" və "Arsenal" klubları da yaranmış vəziyyəti yaxından izləyir. Hər iki Premyer Liqa təmsilçisi Argentina millisinin üzvü barədə məlumat toplamağa başlayıb. "Çelsi" isə öz növbəsində futbolçunu asanlıqla buraxmaq fikrində deyil və onun üçün 120 milyon funt-sterlinqlik qiymət qoyub.


