Uimbldonda bu gün maraqlı qarşılaşmalar baş tutacaq.

Offsideplus.az xəbər verir ki, 10 il əvvəl 6-cı çempionluqlarını qazanan Serena və Vinus Uilyams bacıları yenidən qadınların cütlük yarışında güclərini sınayacaqlar. Tək qadınların son çempionu İqa Svyatek isə filipinli Aleksandra Eala ilə üz-üzə gələcək. Kişilərin mübarizəsində isə zədədən əziyyət çəkən Qriqor Dimitrov və Matteo Berrettini 1/8 finalda qarşılaşacaqlar.

Günün əsas diqqətçəkən matçı Uilyams bacılarının Kamila Osorio (Kolumbiya) / Solana Sierra (Argentina) cütlüyünə qarşı keçirəcəyi ilk mərhələ oyunudur. 44 yaşlı Serenanın diz zədəsinə görə, təşkilatçılar bu matçı şənbə gününə qədər təxirə salmışdılar.

Rəqiblərdən Solana Sierra əfsanələrlə qarşılaşacağı üçün həyəcanlı olduğunu bildirib: 

"Onlara qarşı oynamaq ağlasığmazdır. Heç vaxt belə bir fürsətim olacağını düşünməzdim, möhtəşəm təcrübə olacaq".

Uilyams bacıları sonuncu dəfə 2016-cı ildə Uimbldonda birlikdə oynayaraq 14-cü "Böyük Dəbilqə" çempionluğunu qazanmışdılar.