"Çelsi" rəhbərliyi "Kristal Palas"ın müdafiəçisi Maksans Lakruanın transferi istiqamətində addımlarını davam etdirir.

Offsideplus.az xəbər verir ki, London klubu növbəti mövsüm öncəsi mərkəz müdafiəsini gücləndirmək üçün fransalı futbolçunu prioritet hədəf olaraq təyin edib.

"Kristal Palas" Lakrua üçün 60 milyon funt-sterlinq tələb edir. "Çelsi" isə bu məbləği ödəməyə tələsmir. Mənbələrin verdiyi məlumata görə, paytaxt təmsilçisi bu transfer üçün maksimum 50 milyon funt-sterlinq xərcləmək niyyətindədir. Hazırda rəsmi danışıqlar başlamasa da, futbolçunun namizədliyi ciddi şəkildə nəzərdən keçirilir.

Eyni zamanda, "Çelsi" "Sanderlend"in yarımmüdafiəçisi Qranit Caka üçün də cəhdlərini davam etdirir. Lakin "Sanderlend" klubunun Caka üçün edilən ilk 8 milyon funt-sterlinqlik təklifi rədd etdiyi bildirilir.