I Liqada mübarizə aparan “Səbail” heyətinə daha bir futbolçunu cəlb edib.

Offsideplus.az xəbər verir ki, klub son olaraq Premyer Liqada “İmişli”də çıxış etmiş Abbas Ağazadəni transfer edib.

Futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi ötən mövsüm Premyer Liqada 33 oyuna çıxıb və 1 qola imza atıb.