"Kəpəz" heyətini iki yerli futbolçu ilə gücləndirir.
Offsideplus.az-ın məlumatına görə, Vadim Abdullayev və Rafael Məhərrəmli növbəti mövsüm Gəncə təmsilçisinin formasını geyinəcək.
Vadim Abdullayev son olaraq "Karvan-Yevlax" klubunda çıxış edib. O, daha əvvəl isə "Araz-Naxçıvan", "Sabah", "Sumqayıt", "Qəbələ" və "Bakı" klublarında oynayıb.
Ötən mövsüm "Şamaxı"nın şərəfini qoruyan Rafael Məhərrəmli isə karyerası ərzində "Səbail", "Qarabağ" və "Zirə" komandalarının da formasını geyinib.
Murad Şirinov


