"Real Madrid" yay transfer dönəmində Aurelien Çuameni ilə bağlı qərarını verib.
Offsideplus.az xəbər verir ki, İspaniya nəhəngi fransalı yarımmüdafiəçini komandada saxlamaq istəyir.
Futbolçu ilə "Liverpul" və "Mançester Yunayted" yaxından maraqlansa da, “Real Madrid”in transfer təkliflərini dəyərləndirmədiyi qeyd olunur.
Məlumata görə, komandanın baş məşqçisi Joze Mourinyo Çuamenini gələcək planlarının əsas hissəsi hesab edir. Portuqaliyalı mütəxəssisin növbəti mövsümdə fransalı futbolçuya əsas heyətdə daimi yer verməyə hazır olduğu vurğulanır.
24 yaşlı yarımmüdafiəçinin də Madrid klubunda qalmağa müsbət yanaşdığı qeyd edilir.


