"Kəpəz" klubu rəsmən baş məşqçi Azər Məmmədovla müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, 50 yaşlı mütəxəssislə bağlanan sözləşmənin müddəti bir illikdir.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, A. Məmmədov daha əvvəl - 2023-cü ildə də "sarı-göylər"in baş məşqçisi vəzifəsində çalışıb.