Ötən mövsüm “Səbail”i çalışdıran Adil Şükürov “Sumqayıt”ın akademiyasında koordinator təyin olunub.
Bu keçidlə bağlı təcrübəli mütəxəssis təəssüratlarını Offsideplus.az-la bölüşüb:
“Zirə”də baş məşqçi işləyəndən sonra da akademiyanın qurulmasında rolum olub. Vacib məsələ futbolçuların akademiyadan əsas komandaya cəlb olunmasıdır. Prioritet budur. “Qəbələ”dən sonra ən çox akademiya futbolçularını oynadan klub “Sumqayıt”dır.
Bu nüans mənim üçün daha cəlbedici oldu. Riad müəllim öz işində, əməlində bunu göstərib”.


