Məhəmməd Salah böyük təzyiq altında penalti zərbəsini son anda "Panenka" üslubunda vurmağa qərar verdiyini bildirib.
Offsideplus.az xəbər verir ki, Texasdakı matçın əsas və əlavə vaxtı 1:1 bitdikdən sonra misirlilər penaltilər seriyasında Avstraliyaya 4:2 hesabı ilə qalib gəliblər.
Dünya çempionatının pley-offunda tarixində ilk qələbəsini qazanan və növbəti mərhələdə Argentina ilə qarşılaşacaq Misir yığmasında Salah zədəli olmasına baxmayaraq 120 dəqiqə meydanda qalıb.
Oyundan sonra emosional anlar yaşayan 34 yaşlı kapitan bildirib:
"Bunu kimsə etməli idisə, o mən olmalı idim. Digərlərindən daha təcrübəliyəm və komandaya özünəinam vermək istəyirdim. Qərarı son anda verdim və bunu etməli idim".


