DÇ-2026-da 1/8 finalı öncəsi Mexikoda otelə gələn İngiltərə millisi yerli azarkeşlər tərəfindən fit sədaları və "Meksika!" qışqırıqları ilə qarşılanıb.

Offsideplus.az xəbər verir ki, hotelin qarşısına toplaşan yüzlərlə fanata görə əraziyə Milli Qvardiya və xüsusi təchizatlı polislər cəlb olunub.

Təhlükəsizlik tədbirləri Ekvadorun şikayətindən sonra gücləndirilib. Belə ki, əvvəlki mərhələdə meksikalı fanatlar gecə boyu otel qarşısında səs-küy salaraq Ekvador futbolçularının yatmasına mane olmuş və Meksika həmin oyunda 2:0 qalib gəlmişdi.

İngiltərə yığması ünvanın sızmaması üçün otelin yerini gizli saxlamağa çalışsa da, buna nail ola bilməyib.

Qeyd edək ki, Meksika – İngiltərə matçı "Atsteka" stadionunda keçiriləcək.