"Beşiktaş" klubu 20 milyon avroluq transferə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, ​"Arsenal"ın belçikalı hücumçusu Leandro Trosar karyerasını Türkiyədə davam etdirməyə hazırlaşır.

​Hər iki klub arasında keçidlə bağlı tam razılıq əldə olunub.

Transferin dəyəri 18 milyon avro təşkil edir. Müqavilədə, həmçinin 2 milyon avro bonus da nəzərdə tutulub.

​Yaxın günlərdə transferin rəsmən açıqlanması gözlənilir.