17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası növbəti sınaq matçına çıxıb.
Offsideplus.az xəbər verir ki, yığmamız Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.
"Dalğa Arena"nın ehtiyat meydançasında təşkil olunan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında ikinci yoldaşlıq oyunu sentyabrın 9-da, saat 11:00-da start götürəcək.


