Qadınlar arasında voleybol üzrə Avropa çempionatında final görüşü bu gün keçiriləcək.

Offsideplus.az xəbər verir ki, son çempion Türkiyə İtaliya millisi ilə üz-üzə gələcək.

Türkiyə yarımfinalda Serbiyanı (3:0), İtaliya isə Polşanı (3:1) məğlub edib.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, üçüncülük uğrunda matçda isə Serbiya və Polşa yığmaları üz-üzə gələcək. Bu qarşılaşma isə 17:00-da başlayacaq.