"Barselona"nın yeni baş məşqçisi Aleksandar Sekuliçin rəhbərliyi altında ilk yoxlama oyunu uğurla başa çatıb. Komanda "MoraBanc Andorra"ya qarşı keçirilən qarşılaşmada əlavə vaxtda 101:96 hesabı ilə qələbə qazanıb.

Offsideplus.az xəbər verir ki, oyunun əvvəlindən etibarən "Barselona"nın ritmi və müdafiədə sərtliyi diqqət çəkib. Tyrese Martin və Josh Nebo ilk hissədə fərqlənən oyunçular olublar. Komandanın yeni transferi Cam McGriff bu görüşdə iştirak etməyib. Baş məşqçi Sekuliçin sərəncamında olan bütün oyunçular meydanda olub, yalnız Tosan Evbuomwan (çiyin zədəsi) və Yoan Makoundou heyətə daxil edilməyib. Kevin Punter də bu oyunda iştirak etməyib. Gənc istedad Mohamed Dabone isə ilk dəfə əsas heyətdə şans qazanıb.

"Barselona" ilk hissədə üstünlüyü ələ alsa da, "Andorra" fasiləyə qədər hesabı bərabərləşdirib (48:46). Josh Nebo və Tyrese Martin fasiləyə qədər komandasına ciddi dəstək veriblər. Justin Minaya və Stanley Umude müdafiədə ön plana çıxıblar. İkinci hissədə "Barselona" müdafiədə üstünlüyünü qorusa da, "Andorra" son saniyələrdə hesabı bərabərləşdirərək oyunu əlavə vaxta daşıyıb (88:88). Əlavə vaxtda Stanley Umude və Josh Nebo komandasının qələbəsini təmin ediblər (101:96). Bu, Sekuliç dövrünün ilk qələbəsi kimi tarixə düşüb.