Çinin Şanxay şəhərində 3x3 qadın basketbolu üzrə Dünya Seriyasının final mərhələsi bu gün başa çatacaq.

Offsideplus.az xəbər verir ki, bu gün Azərbaycan təmsilçisi "Neftçi SOCAR" 1/4 final çərçivəsində Monqolustanın "Ulanbatar Amazons" klubu ilə qarşılaşacaq.

13:00 "Ulanbatar Amazons" – "Neftçi SOCAR"

Qeyd edək ki, "ağ-qaralar" A qrupunda daha əvvəl Fransa (17:15), Niderland (12:22) və Almaniya (16:11) seçmələri ilə üz-üzə gəlib.