Kevin Durant "Hyuston Rokets"in ulduzu Amen Tompsonun 208 milyon dollar dəyərində olan 5 illik yeni müqaviləsinə sosial şəbəkədə maraqlı reaksiya verib.
Offsideplus.az xəbər verir ki, təcrübəli forvard paylaşdığı hekayədə bu sözləri yazıb: "Heç bir söz eşitmək istəmirəm, indi hər şey əkizin hesabınadır".
Durantın bu ifadəsi həm zarafat, həm də Tompsonun yeni statusunu qəbul etdiyini göstərir.


