Braziliya millisinin və "Barselona"nın sabiq yarımmüdafiəçisi Rivaldo Moskvaya və Rusiyaya münasibətindən söz açıb.

Offsideplus.az xəbər verir ki, 54 yaşlı futbol veteranı Moskva İdman Günü tədbirlərində iştirak edərkən şəhər haqqında təəssüratlarını bölüşüb. "Moskva gözəl şəhərdir. Burada olmaqdan böyük zövq alıram. Şəhər sakinlərinin mənə olan münasibəti də xoşuma gəlir. Təəssüf ki, karyeram ərzində Rusiyadan heç bir təklif almamışam, amma burada oynamaq istərdim. 'Lujniki' stadionuna gəlincə, hər bir futbolçu üçün belə arenanı görmək böyük sevincdir. Buraya gələn kimi ilk növbədə stadionu ziyarət etdim. Həqiqətən də çox təsirli görünür", – deyə Rivaldo bildirib.