NBA-də təcrübəli oyunçu Brus Braunun gələcək karyerası ilə bağlı maraqlı inkişaf yaşanır. "Los Anceles Leykers" veteran basketbolçuya maraq göstərsə də, onu heyətinə qatmaq üçün ciddi rəqiblə üzləşib.
Offsideplus.az xəbər verir ki, insayder Brett Siqel bu barədə danışarkən "Leykers"in Braunu transfer etmək istədiyini, lakin bu ehtimalın reallaşmasına skeptik yanaşdığını bildirib. O, "Nyu-York Niks"in daha real variant olduğunu qeyd edib. Qeyd edək ki, Brus Braun 2025/26 mövsümündə 2023-cü ildə çempionluq yaşadığı "Denver Naqgets"ə qayıdıb və 3 milyon dollar dəyərində birillik müqavilə imzalayıb. O, ötən mövsüm bütün 82 qarşılaşmada iştirak edərək orta hesabla 7,9 xal, 3,9 ribaund, 2,1 assist və 1,0 top oğurlama ilə yadda qalıb.


