"Şalke" Bundesliqanın ikinci turunda ev oyununda "Bayern Münhen"lə qolsuz heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, Gelzenkirxen təmsilçisi bununla da Münhen klubuna qarşı 9 il davam edən məğlubiyyət seriyasını dayandırıb.
Sonuncu dəfə "Şalke" 2017-ci ilin fevralında "Bayern Münhen"ə uduzmamışdı. Həmin qarşılaşma 1:1 hesabı ilə başa çatmışdı və qolları Robert Levandovski ilə Naldo vurmuşdu.
Bu müddət ərzində "Şalke" bütün turnirlərdə Münhen klubu 12 dəfə məğlub olmuşdu və ümumi top fərqi 2:42 idi.


