Misli Premyer Liqasında 4-cü tura "Qarabağ" - "Araz-Naxçıvan" oyunu ilə yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 20:15-də başlayacaq.
"Qarabağ"ın aktivində 6 xal var. Naxçıvan təmsilçisi isə 1 xala malikdir.
MPL, IV tur
6 sentyabr (bazar)
20:15 “Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tofiq Bəhramov adına Respublika Stadionu


