NBA-nın gənc müdafiəçisi Amen Tompson "Hyuston Rokets"lə beşillik, 208 milyon dollarlıq yeni müqavilə imzalayıb.
Offsideplus.az xəbər verir ki, bu razılaşma basketbol ictimaiyyətində geniş rezonans doğurub.
Yeddiqat All-Star iştirakçısı Co Conson bu transfer barədə fikirlərini bölüşüb:
"O, olduqca istedadlı oyunçudur. 208 milyon dollar müqabilində ondan böyük gözləntilər olacaq. Bilirəm ki, hər il inkişaf edir. Amma onun mütləq dəqiq şüt atmasına ehtiyacı var. Belə bir müqavilədən sonra yay fasiləsindən maksimum inamla şüt ataraq qayıtmalıdır. Yay boyu bunun üzərində çalışmalı idi. Bu müqavilə göstərir ki, 'Rokets' onun bu səviyyədə olduğuna inanır. Belə böyük investisiyadan sonra onun uzaq məsafədən atış atması komandaya çox lazım olacaq".


