Fransalı hücumçu Antuan Qrizmann ABŞ-da keçirilən MLS-in növbəti turunda "Orlando"nun heyətində qələbə qoluna imza atıb.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı futbolçu "San-Dieqo" ilə qarşılaşmada yeganə qolu vuraraq komandasına 1:0 hesablı qələbə qazandırıb. Qrizmannın qol seriyası üç oyuna, ümumi məhsuldarlıq seriyası isə dörd oyuna çatıb (4 qol, 2 assist). Mövsümdə keçirdiyi 8 oyunda sabiq "Atletiko" və "Barselona" oyunçusunun aktivində 5 qol və 3 assist var.


