Axel Sola UFC Paris turnirində Fares Ziam üzərində parlaq nokautla yadda qalıb. Fransalı döyüşçü ilk raundda rəqibinin zərbəsini qəbul etsə də, dərhal sol kroşe ilə Ziamı nokauta salıb və gecənin ən yaddaqalan qələbələrindən birinə imza atıb.

Offsideplus.az xəbər verir ki, döyüşün əvvəlində hər iki idmançı ehtiyatlı çıxış edib və Ziam ayaq zərbələri ilə üstünlük yaratmağa çalışıb. Sola isə fürsət axtararaq hücuma keçmək istəyib. Raundun ortalarında Sola təkbətək mübarizəni imitasya edib və sağa əyilərək sol əli ilə güclü zərbə endirib. Ziam bu anda dirsək zərbəsi ilə cavab versə də, Sola onun müdafiəsindən istifadə edərək sol kroşe ilə rəqibini dərhal nokauta salıb. Hakim döyüşü dayandırıb və əlavə zərbəyə ehtiyac qalmayıb.

Rəsmi nəticəyə əsasən, Axel Sola Fares Ziam üzərində birinci raundda, 1:40 dəqiqədə nokautla qalib gəlib.