Misli Premyer Liqasında 4-cü tura bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək.
"Turan Tovuz"un 4 xalı var. "Sumqayıt" isə hələ xala qazana bilməyib.
MPL, IV tur
6 sentyabr (bazar)
18:00 “Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Kərim Zeynalov, Ruslan Quliyev
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Seymur Səlimli
Tovuz şəhər stadionu


