Misli Premyer Liqasının 4-cü turunda “Şəfa” “Neftçi”yə məğlub olub - 4:1.

Offsideplus.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında qonaqların çalışdırıcısı Zaur Həşimov media önünə çıxıb. 

“Gərgin oyun keçdi. İlk hissədə top rəqibdə olsa da, səhv etmirdik. Bir səhvdən qol buraxdıq. İkinci yarıya yaxşı başlasaq da, iki qol buraxdıq. Bundan sonra “sındıq”. Oyunla bağlı düşüncələrimiz var idi. Dəyişikliklər etsək də, istədiklərimiz alınmadı. Əvvəlki oyunla müqayisədə iki dəyişiklik var idi“. 

O, Nicat Mehbalıyev barədə bu sözləri deyib: “Nicat bir neçə mövsümdür sabit oynamırdı. Ona görə üstünə çox getmirik. Düzdür, səhvi qırılma nöqtəsi oldu. Amma onu qazanmaq istəyirik”.