Kriştiano Ronaldu çıxış etdiyi "Əl-Nəsr" bu mövsüm ilk dəfə məğlub olub.

Offsideplus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı çempionatının 5-ci turunda "Əl-Nəsr" səfərdə "Əl-İttihad"a 1:2 hesabı ilə uduzub.

Komanda mövsümə ardıcıl 5 qələbə ilə başlasa da, bu seriya başa çatıb.

Ronaldu əvvəldən sona qədər meydanda olsa da, qol və ya assistlə fərqlənə bilməyib.